Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu ay Bağdadda keçirilməsi planlaşdırılan 60 illik yubiley tədbiri koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.Azərtac OPEC-ə istinadla xəbər verir ki, İraqın Neft naziri İhsan Əbdül Cabbar OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindoya göndərdiyi məktubda təşkilatın 60-cı ildönümünə ev sahibliyi edə bilməyəcəklərindən məyusluq duyduqlarını bildirib. Nazir insanların sağlamlığı və təhlükəsizliyinin çox vacib məsələ olduğunu vurğulayıb.Qeyd edək ki, bu il sentyabrın 10-14-də İraqın paytaxtında OPEC-in 60 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu.OPEC 5 qurucu üzv – İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən 1960-cı ildə Bağdadda yaradılıb. Hazırda kartelə 13 neft istehsal edən ölkə üzvdür.OPEC, həmçinin bu ay təşkilatın katibliyinin Avstriyanın paytaxtı Vyanaya köçməsinin 55-ci ilini qeyd edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…