Azərbaycan Premyer Liqasının X turunun son qarşılaşmasında “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edib.Azərtac xəbər verir ki, “Baksel Arena”da baş hakim Rauf Cabbarov idarə etdiyi matçın üçüncü dəqiqəsində Mirabdulla Abbasovun qolu ilə meydan sahibləri hesabı açıb. Görüşün 38-ci dəqiqəsində “Sumqayıt” klubu hesabı bərabərləşdirib. Tural Axundov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb.İkinci hissədə qarşılıqlı hücumlar şəraitində keçib. Görüşün 88-ci dəqiqəsində “Neftçi”nin furbolçusu Rəhman Hacıyev oyunda son nöqtəni qoyub -2:1.Görüş bu hesablada başa çatıb.Bu oyundan sonra “Neftçi” və “Sumqayıt” klublarının hər birinin 13 xalı var.Beləliklə X turun sonunda turnir cədvəlinə 22 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 21 xalla ikinci pillədədir. İlk üçlükdə isə 19 xalla “Qəbələ” qərarlaşıb.Turnir cədvəlində digər pillələrdə müvafiq olaraq “Neftçi” (13), “Sumqayıt” (13), “Səbail” (9), “Keşlə” (8) , “Kəpəz”(7) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…