“Neftçi Esports” Liqaya qələbə ilə başlayıb

4 İyun 2020 14:04

Xəbər 636 dəfə oxunub

“Neftçi Esports” futbol üzrə E Milli Liqaya qələbə ilə başlayıb.Azərtac xəbər verir ki, “Qoşqar” klubu ilə birinci görüşdə 6:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 11:1 olub.“Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər matçda isə “Ağsu” “Ərkivan”ı 8:6 (6:2, 2:4) hesabı ilə məğlub edib.“Neftçi Esports” birinci turdan sonra qrupda birinci pillədə qərarlaşıb.Qeyd edək ki, 7 qrupdan ibarət olan və 28 komandanın qatıldığı turnirin qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı üçüncü olan 2 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.xeber100.com