“Neftçi” futbol klubu 5 min 600 manat məbləğində cərimələnib

6 İyun 2023 14:46

Xəbər 115 dəfə oxunub

AFFA-nın İntizam Komitəsi “Neftçi” futbol klubunu 5 min 600 manat məbləğində cərimələyib.

Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisinin “Qəbələ”yə uduzduğu Azərbaycan kuboku yarışlarının final oyununda yaşananlara görə ziyana düşüb.

Paytaxt təmsilçisi görüş başa çatdıqdan sonra azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəyəcək.xeber100.com

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb. Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. 60 kq Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan) Əhməd Yusifov - Jorre Verstraeten (Belçika) Rövşən Əliyev - Lior Rafailov (İsrail) Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan) 66 kq Qasım Vəlizadə - Antoni De Angelis (Latviya) Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan) Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi Ruslan Paşayev - Tal Fliçer (İsrail) 73 kq Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Telman Vəliyev - Faye Njie (Qambiya) Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau) Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa) 81 kq Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan) 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qadınlar 48 kq Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya) Şəfəq Həmidova - Meri de Varqas (Çili) Leyla Əliyeva - Tamar Malca (İsrail) 52 kq Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya) 57 kq Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail) 70 kq Günel Həsənli - Eliza Vroblevska (Polşa) Südabə Ağayeva - Darya Kramoykina (İJF) Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.xeber100.com

Sentyabr 21, 2023 14:36