“Neftçi” futbol klubu daha bir transfer həyata keçirib

16 Fevral 2019 15:01

Xəbər 1104 dəfə oxunub

“Neftçi” PFK daha bir transfer həyata keçirib.Trend klubun saytına istinadən məlumat verir ki, moldovalı futbolçu Petru Raku ilə mövsümün sonunadək müqavilə bağlanıb.31 yaşlı müdafiəçi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.Qeyd edək ki, sonuncu klubu “Şerif” (2017-2018) olan P.Raku Moldovanın “Zimbru” (2005-2007), “Veris” (2013-2014), “Milsami” (2015-2017), İsveçin “Norrçöpinq” (2007-2011), Finlandiyanın “MüPa-47” (2008) və Danimarkanın “Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib.xeber100.com