“Neftçi” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

11 Yanvar 2020 18:22

Xəbər 706 dəfə oxunub

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə bağlanıb.Sonuncu klubu “Maşinsazi”nin (2016-2017, 2019) kapitanı olmuş Saman İranın “Naft Tehran”, “Gostareş Fulad”, “Traktor”, “Persepolis” və “Peykan” klublarında çıxış edib. İran çempionatının qalibi olmuş futbolçu ölkəsinin U-23 milli komandasında 6 oyun keçirib, 1 qola imza atıb.xeber100.com