“Neftçi” futbol klubu hücumçu transferini rəsmiləşdirib

2 Sentyabr 2021 09:14

Xəbər 406 dəfə oxunub

Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib. Braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlanıb. Otuz yaşlı futbolçu komandanın heyətində 91 nömrəli formanı geyinəcək.Sonuncu klubu “Brazil de Pelotas” olan Ramon Maçado Almaniyanın “Regensburq”, Braziliyanın “Espartivo”, “Layeadense”, “Santa Kruz”, “Boa Esporte”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre” və “Botafoqo” komandalarında çıxış edib.Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçilər Romen Bask və Huqo Bastonu transfer edib.xeber100.com