“Neftçi” futbol klubu iki futbolçu ilə yollarını ayırır

21 Dekabr 2017 13:07

Xəbər 1358 dəfə oxunub

“Neftçi” klubu iki futbolçu ilə yollarını ayırır.Azərtac kluba istinadla xəbər verir ki, son 5 ayı icarə əsasında Venesuelanın “Mineros Quayana” klubunda keçirmiş yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Çexiyanın “Karvina” klubuna məxsus olan və dekabrın 31-də icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə uzadılmayacaq.Klub rəhbərliyi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.xeber100.com