“Neftçi” futbol klubu ikinci yoxlama oyununu keçirib

16 İyul 2017 08:23

Xəbər 1172 dəfə oxunub

“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “Neftçi” komandası “Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş “Neftçi”nin 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.“Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da “Şüvəlan” klubuna qarşı keçirəcək.xeber100.com