Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən Bakının “Neftçi” futbol klubu “Match TV” beynəlxalq turniri çərçivəsində sonuncu oyununu keçirib. Bakı təmsilçisi Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb.
“Smena” stadionunda keçirilən qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu Edin Ceko vurub.
“Neftçi” klubu ilk matçda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) isə 0:4 hesabı ilə uduzub.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu ikinci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…