“Neftçi” futbol klubu müqavilə müddətini artırıb

28 İyun 2018 11:31

Xəbər 729 dəfə oxunub

“Neftçi” futbol klubu Rəhman Hacıyev ilə müqavilənin müddətini artırıb.Azərtac kluba istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019-cu il mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə görə, R.Hacıyev 2019/2020-ci il mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqaviləni yeniləyib.xeber100.com