“Neftçi” futbol klubu müqavilənin müddətini artırıb

2 İyul 2018 15:01

Xəbər 710 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu Anton Krivotsyukla müqavilənin müddətini artırıb.Azərtac xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 2018/2019-cu il mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə əsasən, Krivotsyk 2019/2020-ci il mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.U-21 milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 30 oyunda meydana çıxıb.Qeyd edək ki, bundan əvvəl “Neftçi” Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov və Rəhman Hacıyevlə müqaviləni yeniləyib.xeber100.com