“Neftçi” futbol klubu müqavilənin müddətini uzadıb

8 İyul 2020 22:45

Xəbər 750 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu Rəhman Hacıyev ilə müqavilənin müddətini uzadıb.Azərtac kluba istinadla xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.R.Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.Qeyd edək ki, futbolçu “Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.xeber100.com