“Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb

20 Sentyabr 2020 14:02

Xəbər 677 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.Azərtac kluba istinadla xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə iki il müddətinə müqavilə bağlanıb.İyirmi yaşlı futbolçu icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.Müqavilə ilə Türkiyənin “İstanbul Başakşəhər” klubuna məxsus olan M.Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür.Qeyd edək ki, futbolçu ötən mövsümü “Kırşehirspor”da keçirib. O, 2013-cü ildə “Qalatasaray”ın akademiyasından “Başakşəhər”in aşağı yaş qruplarına qatılıb.xeber100.com