“Neftçi” futbol klubu “Qalatasaray”la yeni transferlərini reallaşdırıb

7 Sentyabr 2020 14:58

Xəbər 845 dəfə oxunub

Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu yeni transferlərini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, Super Liqa təmsilçisi iki futbolçunu heyətinə cəlb edib.Bunlar Birinci liqada mübarizə aparan “Altınordu”nun gənc oyunçuları Sarper Çağlar və Efe Mustafa Çətindir. On yeddi yaşlı futbolçuları transfer edən istanbullular əvəzində yarımmüdafiəçi Birhan Vatanseveri “Altınordu”nun nəzdində fəaliyyət göstərən “Niğde Anadolu” komandasına veriblər.Qeyd edək ki, “Neftçi”–“Qalatasaray” matçı sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.xeber100.com