“Neftçi” futbol klubu qapıçısı ilə müqavilənin müddətini uzadıb

5 İyun 2023 14:09

Xəbər 332 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu qapıçısı İvan Brkiçlə müqavilənin müddətini uzadıb. Bakı təmsilçisi xəbər verir ki, 28 yaşlı qolkiperlə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”nin formasını geyinən xorvatiyalı oyunçu bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydanda olub.xeber100.com