“Neftçi” futbol klubu sonuncu yoxlama oyununu keçirib

14 İyul 2022 13:27

Xəbər 355 dəfə oxunub

Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu sonuncu yoxlama oyununu keçirib.Bakı təmsilçisi Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib.Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində “Neftçi” ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. Digər yoxlama oyununda “Neftçi” klubu “Sivasspor”a 0:1 hesabı ilə məğlub olub.xeber100.com