“Neftçi” futbol klubu üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq

11 Avqust 2022 12:22

Xəbər 335 dəfə oxunub

UEFA Avropa Konfrans Liqasında mübarizəsini davam etdirən paytaxtın “Neftçi” futbol klubu bu gün turnirin üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.Baş məşqçi Laurentsiu Regekampfın komandası səfərdə Avstriyanın “Rapid” (Vyana) klubu ilə qarşılaşacaq.Vyanadakı “Alyans” stadionunda oynanılacaq görüşü norveçli Rohit Saqqi idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.Xatırladaq ki, bu komandalar arasında bir həftə əvvəl Bakıda keçirilmiş ilk qarşılaşma 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə nəticələnib.Qeyd edək ki, bu matçın qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndə keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1.xeber100.com