İyulun 12-də “Neftçi” klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Macarıstanın “Uypeşt” komandası ilə üz-üzə gələcək.Azərtac xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı hollandiyalı referi Dennis Xiqler idarə edəcək. Baş hakimin köməkçiləri Yost Van Zuylen, Cohan Balder və Simen Mulder olacaqlar. Görüş Bakı vaxtı ilə saat 21:00 başlayacaq.Qeyd edək ki, oyunla əlaqədar Bakıya gələn Macarıstanın “Uypeşt” klubunun iki futbolçusuna – malili yarımmüdafiəçi Diallo Alassana və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobodoya hava limanında viza verilməyib. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcək.Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb. Bakıya gec çatdıqlarından budapeştlilər “Dalğa Arena”da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…