“Neftçi” futbol klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb

25 Sentyabr 2020 14:56

Xəbər 505 dəfə oxunub

“Neftçi” futbol klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Klubla “Nobel İlaç” əczaçılıq şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib.Azərtac kluba istinadla xəbər verir ki, tərəflər birillik müqaviləyə imza atıblar.Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək.“Neftçi TV” və kluba məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanları yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.xeber100.com