“Neftçi” futbol klubunun hazırlıq planı müəyyənləşib

20 İyun 2017 11:35

Xəbər 1198 dəfə oxunub

Bakının “Neftçi” futbol klubunun hazırlıq planı müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq. Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq.Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın “Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-3-də baş tutacaq.xeber100.com