“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu gündən etibarən istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər.Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq “ağ-qaralar” Bələkdə yerləşən “Alva Donna” otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək.”Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Tərlan Əhmədovun yetirmələri yanvarın 22-si Rusiyanın “SKA-Xabarovsk”, 25-i Rumıniyanın “Konkordiya” və Ukraynanın “Çernomorets”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə qarşılaşacaq.Təlim məşq-toplanışında yanvarın 30-u nəzərdə tutulan görüşə isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.Qeyd edək ki, “Neftçi”nin sınaqçı rəqiblərindən olan “SKA-Xabarovsk”da “ağ-qaralar”ın sabiq futbolçusu Georgi Navalovski oynayır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…