“Neftçi” futbol klubunda struktur dəyişikliyi…

15 Sentyabr 2016 10:48

Xəbər 831 dəfə oxunub

Bakının “Neftçi” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Azərtac klubun saytına istinadla xəbər verir ki, komandaya baş məşqçi vəzifəsinə Elxan Abdullayev təyin edilib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru postuna Orxan Hüseynzadə, inzibati işlər üzrə baş menecer isə İslam Abbasov təyin edilib. Klub strukturunun dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.xeber100.com