“ASAN Məktub” layihəsinə dəstək verən “Neftçi” futbol klubunun təşkilatçılığı ilə “Bakcell Arena”da tədbir keçirilib.Azərtac xəbər verir ki, Yeni il ərəfəsində təşkil olunan tədbirdə sosialyönümlü fəaliyyətə xüsusi əhəmiyyət verən “Neftçi” klubu “ASAN Məktub” layihəsi çərçivəsində 12 uşağın arzusunu gerçəkləşdirib.Əvvəlcə “Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadion ilə tanış olan uşaqlar komandanın üzvləri ilə yaşıl meydana çıxıblar.Sonra tədbirin rəsmi hissəsi keçirilib. “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, “ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandanın baş məşqçisi Tərlan Əhmədov çıxış edərək belə görüşlərin uşaqlar arasında sağlam həyat tərzinin və futbolun təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.Sonra Elnur Eyvazov, Rəbiyyə Cəfərova, Tərlan Əhmədov, eləcə də “Məktəbli dostu” layihəsinin kuratoru Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandamızın baş məşqçisi İslam Kərimov, “Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli uşaqlara xatirə hədiyyələri təqdim ediblər.Tədbirin sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…