Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü transfer edib. Xorvatiya əsilli Filip Ozobiçlə ikiillik müqavilə bağlanıb. Otuz iki yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019-cu, 2020-ci, 2022-ci, 2023-cü) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb. Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.xeber100.com