“Neftçi” klubunun futbolçusu komandadan ayrıla bilər

21 Yanvar 2023 17:45

Xəbər 307 dəfə oxunub

Bakının “Neftçi” klubunun futbolçusu Qodsvey Donyo komandadan ayrıla bilər. “Apollon” (Limassol) klubu qanalı hücumçu ilə maraqlanır. Kipr təmsilçisinin baş məşqçisi Konstantinos Makridis oyunçunu komandada görmək istəyir.

Qeyd edək ki, Q.Donyo ötən ilin iyunundan “Neftçi”də oynayır. Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatır.xeber100.com