“Neftçi” klubunun yoxlama oyunlarındakı rəqibi müəyyənləşib

18 İyul 2017 10:49

Xəbər 627 dəfə oxunub

“Neftçi” futbol klubunun Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib.Azərtac xəbər verir ki, “Neftçi” iyulun 21-də “Zirə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq görüş saat 18:00-da başlanacaq.Qeyd edək ki, “Neftçi” “Zirə” ilə oyunadək – iyulun 19-da “Şüvəlan”la sınaq matçına çıxacaq.xeber100.com