“Neftçi” növbəti transferini həyata keçirib. Klubdan verilən məlumata görə, paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdes Samudio ilə 1+1 il şərtli müqavilə imzalanıb. 30 yaşlı futbolçu yeni komandasının heyətində 6 nömrəli formanı geyinəcək.
Dieqo Valdes Paraqvayın “San Lorenso” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…