Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir.Azərtac xəbər verir ki, komandamız Antalyada məskunlaşdığı “The Sense De Luxe” otelinin stadionunda məşqə çıxıb. Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.Təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü – Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda – “Neftçi-2”nin heyətində davam etdirir.Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” Bakı vaxtı ilə sabah saat 17:00-da Polşanın “LKS Lodz” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” yanvarın 20-si Ukraynanın “Dinamo” (Kiyev), dörd gün sonra isə “Desna” klubu ilə üz-üzə gələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…