“Neftçi” komandası “Zaqatala” klubunu qəbul edib

29 Noyabr 2017 14:00

Xəbər 750 dəfə oxunub

Futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin növbəti görüşündə “Neftçi” doğma meydanda “Zaqatala” klubunu qəbul edib.Azərtac xəbər verir ki, baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçın ilk hissəsinin əvvəlində meydan sahibləri erkən qola seviniblər. Matçın səkkizinci dəqiqəsində Daniel Seqovia hesabı açıb. Görüşün 35-ci dəqiqəsində Daniel Seqovia dubl edib – 2:0. İlk hissə bu hesabla başa çatıb.Fasilədən sonra paytaxt təmsilçiləri qonaqları üçüncü dəfə oyuna meydanın mərkəzindən başlamağa dəvət ediblər. Görüşün 50-ci dəqiqəsində Uqo Barqas 11 metrlik cərimə zərbəsindən qayıdan topu rəqibin qapısından keçirib. Oyunun 54-cü dəqiqədə Daniel Seqovia het-trikə imza atıb. Matçın 59-cu dəqiqəsində Emin Mahmudov diqqət mərkəzində olub – 5:0.Beləliklə, oyun “Neftçi”nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda dörddəbir finala yüksəlib.xeber100.com