“Neftçi” nin U-17 və U-14 kollektivləri təlim-məşq toplanışında olublar

27 Yanvar 2017 11:05

Xəbər 836 dəfə oxunub

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalara fasilə verildiyindən “Neftçi İdman Klubu”nun U-17 və U-14 futbol kollektivləri Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olublar.Klubdan Azərtac-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində U-17 komandamız 3 yoldaşlıq oyunu keçirib. Komandamız “Kabuleti”, “Dinamo” və “Bobokvati” kollektivləri ilə qarşılaşıb və rəqiblərini müvafiq olaraq 6:1, 2:1 və 6:2 hesabı ilə məğlub edib.U-14 komandamız isə həmin şəhərdə təşkil olunan turnirə qatılıb və bütün görüşləri qələbə ilə başa vuraraq qalib olub. Futbolçularımız “Momavali” (6:1), “Kaspi” (2:1), “Ozurgeti” (3:1) və “Bobokvati” (1:0) komandaları ilə keçirdikləri oyunların hər birində əldə etdikləri inamlı qələbə sayəsində turniri birinci pillədə başa vurublar.Çakvi şəhər bələdiyyəsi tərəfindən keçirilən turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.xeber100.com