Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” heyətini yeni futbolçularla gücləndirib. Azərtac xəbər verir ki, komanda dörd oyunçu ilə müqavilə imzalayıb. Müdafiəçi Vançe Şikov – Makedoniya yığma komandasının üzvüdür. Təcrübəli oyunçu ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və dörd qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü “Austriya” (Avstriya) klubunda keçirən V.Şikov 42 matçda meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb. Venesuelalı Edson Kastilyonun isə 22 yaşı var. Futbolçu buna qədər ardıcıl olaraq 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010-2016-cı illər ərzində ölkəsinin “Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib. Dario Melnyak – xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın “Lokeren” klubundan icarə əsasında transfer edilib. İyirmi iki yaşlı futbolçu 2011-2015-ci illər ərzində Xorvatiyanın “Zelina” və “Slaven” klublarının formasını geyinib. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib. Azərbaycanda AZAL və “Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci illərdə Rusiya klublarında çıxış edib. Qeyd edək ki, klub saytında yer alan xəbərə görə, qapıçı transferi üçün də çalışmalar davam edir və yaxın zamanda rəsmi açıqlama olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…