“Neftçi”nin ilk hazırlıq matçının tarixi dəqiqləşib

5 Yanvar 2017 10:46

Xəbər 873 dəfə oxunub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verən “Neftçi”nin ilk hazırlıq matçının tarixi dəqiqləşib.Klubdan Azərtac-a bildiriblər ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Bakı klubu ilk oyununda “Sivasspor”la qarşılaşacaq.Yoxlama görüşü yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.Qeyd edək ki, “Neftçi” yanvarın 15-də Albaniyanın “Kukesi”, iki gün sonra Rusiyanın “Tosno” və yanvarın 19-da isə “Terek” komandaları ilə yoxlama matçlarında qüvvəsini sınayacaq.xeber100.com