“Neftçi”nin müdafiəçisi Gürcüstan milli komandasına dəvət olunub

8 İyun 2023 14:25

Xəbər 371 dəfə oxunub

Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub. Klubun mətbuat xidməti xəbər verir ki, 31 yaşlı futbolçu “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, üç gün sonra isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.

Qeyd edək ki, S.Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.xeber100.com