“Neymar Jr’s Five” beynəlxalq futbol turnirinin finalı keçirilib

8 May 2017 11:38

Xəbər 800 dəfə oxunub

Bakıda Dənizkənarı Milli Parkda “Neymar Jr’s Five” beynəlxalq futbol turnirinin Azərbaycan finalı keçirilib.Azərtac xəbər verir ki, 16 komandanın iştirak etdiyi final mərhələsində bir sıra regionların təmsilçiləri də mübarizə aparıblar.Gəncə, Lənkəran, Şəki, Quba və Bakıdan seçim mərhələlərində iştirak edən 330 komandadan 16 kollektiv milli finalda çıxış etməklə yarışın qalibini müəyyənləşdirib. Onlar ulduz futbolçu Neymarın vətəni Braziliyaya dünya finalına yollanmaq uğrunda mübarizə aparıblar.Gərgin mübarizə ilə yadda qalan milli finalda Bakını təmsil edən “Şirinlər” komandası çempion olub. Finalda “Qara Qartal”la qarşılaşan “Şirinlər” 1:0 hesabı ilə qələbə qazanaraq çempionluq sevinci yaşayıb.xeber100.com