Yaponiya İmperatoru Akihito yaxın bir neçə ildə taxt-tacdan imtina etmək qərarına gəlib. NHK televiziya kanalının yaydığı məlumata əsasən, İmperator bu barədə yaxın köməkçilərinə məlumat verib. Akihito taxt-tacı 56 yaşlı vəliəhd-şahzadə Naruhitoya həvalə edəcək. İmperatora yaxın mənbələrin bildirdiyinə görə, Akihito səhhəti onun üzərinə düşən vəzifələri yerinə yetirməyə imkan verməməsi səbəbindən taxt-tacdan uzaqlaşmaq istəyir. NHK-nın məlumatına görə, İmperator bu barədə ailə üzvlərini də xəbərdar edib. İmperator Sarayının İşlər İdarəsinin Akihitonun müvafiq bəyanatla xalqa müraciət etməsi üçün münasib vaxt axtardığı da bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…