Yaponiya Baş nazirinin müavini Taro Aso və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında aparılan danışıqlar zamanı bu iki ölkənin Şimali Koreyaya qarşı təzyiqləri gücləndirmək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub.NHK telekanalı xəbər verir ki, görüşdən sonra dərc olunan sənəddə tərəflər bəyan ediblər ki, ABŞ avtomobillərinin Yaponiyaya ixracı zamanı mövcud prosedurların sadələşdirilməsi məsələsində də razılıq əldə edilib.Görüşdən sonra mətbuta açıqlama verən T.Aso bildirib ki, danışıqlar çox məzmunlu olub. T.Aso qeyd edib ki, Yaponiya tərəfi ABŞ ilə iqtisadi əlaqələrin gücləndirilməsi üçün konstruktiv danışıqları davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Asiya-Sakit okean regionunda təhlükəsizliklə əlaqədar artan gərginlik şəraitində iki ölkə arasında əlaqələr strateji əhəmiyyət daşıyır.T.Aso əlavə edib ki, o və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Şimali Koreyaya qarşı sanksiyalar məsələsində əməkdaşlıq barədə də razılığa gəliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…