Yaponiyanın qərbində Sakit okean və Yapon dənizinin sahillərinə yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib və tıxaclara səbəb olub.NHK telekanalının yaydığı məlumata görə, ölkənin cənub-qərbində yerləşən Tottori prefekturasının Yapon dənizi sahillərində qar örtüyünün hündürlüyü 91 santimetrə çatıb. Bu, normadan 10 dəfə çoxdur. Sinoptiklər yaxın günlərdə yağıntının miqdarının arta biləcəyi barədə xəbərdarlıq ediblər.Prefekturada ağacın relslərin üzərinə aşması nəticəsində elektrik qatarı bütün gecə yoluna davam edə bilməyib. Səhər ağac yoldan götürülsə də, qatar qarın çoxluğu səbəbindən 300 metr getdikdən sonra yenidən dayanmağa məcbur olub. Sərnişinlərə qaynar içki paylanıb, dəmiryol kompaniyasının administrasiyası onların təxliyəsi üçün avtobuslar hazırlayıb.Sanyin prefekturasında isə uzun tıxaclar yaranıb. Sakit okean sahillərində yerləşən Sidzuoka prefekturasında baş verən yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…