Niderland Kral Futbol İttifaqı oyunlarını bərpa etmək niyyətindədir

9 Aprel 2020 18:47

Xəbər 408 dəfə oxunub

Niderland Kral Futbol İttifaqı (KNVB) ölkə çempionatının oyunlarını iyun ayında bərpa etmək niyyətindədir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, klublar mayın 12-dən etibarən məşqlərə başlayacaq. İyunun 19-da isə ilk qarşılaşmaların keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, bir müddət əvvəl futbol federasiyası COVID-19-la əlaqədar 2019-2020-ci illər mövsümünü başa çatmış elan etməyi planlaşdırırdı.xeber100.com