Niderlandlı pilot “Red Bull Racing” komandası ilə müqaviləni uzadıb

8 Yanvar 2020 09:53

Xəbər 480 dəfə oxunub

Niderlandlı pilot Maks Ferstappen “Red Bull Racing” komandası ilə müqaviləsini uzadıb.Azərtac xəbər verir ki, 22 yaşlı pilot ən azı 2023-cü ilədək komandanın heyətində mübarizə aparacaq.M.Ferstappen Formula 1-ə 2015-ci il mövsümündə 15 yaşında gəlib. Pilot karyerasına Avstriya şirkətinin gənc komandası “Toro Rosso”da başlayıb. O, “Red Bull Racing” komandasını 2016-cı ildən təmsil edir.“Red Bull Racing” komandasının heyətində 8 qələbə qazanan pilotun aktivində ümumilikdə 948 xal var. Niderlandlı pilotun 2020-ci il mövsümündə tərəf müqabili 2019-cu ilin ikinci yarısında olduğu kimi, tailandlı Aleksandr Albon olacaq.xeber100.com