Nikolas Kanalesi transferini rəsmiləşdirdi

16 Fevral 2016 16:19

Xəbər 1394 dəfə oxunub

“Neftçi” sabiq futbolçusu Nikolas Kanalesi yenidən heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib.
Çili millisinin sabiq hücumçusu ilə  rəsmi müqavilə imzalanacaq. O, mövsümün sonuna qədər “ağ-qaralar”ın şərəfini qoruyacaq.
30 yaşlı forvardın son klubu “Krılya Sovetov” olub.

Qeyd edək ki, Nikolas Kanales 2012/13 və 2014/15 mövsümlərində “Neftçi”nin formasını geyinib, ilk mövsümündə 26 qolla Topaz Premyer Liqasının bombardiri olub. (qol.az)