Norveç–Azərbaycan oyunu Ullevaal stadionunda keçiriləcək

5 May 2017 12:13

Xəbər 820 dəfə oxunub

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.Azərtac xəbər verir ki, Norveç–Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək.Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq.xeber100.com