Norveçin Stavanger şəhərində start götürən şahmat üzrə super turnir davam edir.Azərtac xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen turnirin dördüncü turunda amerikalı Fabiano Karuananı ağ fiqurlarla məğlub edib.İranlı Alireza Firuzca (Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynayır) erməni Levon Aronyanı qaralarla məğlub edib, Norveçin digər təmsilçisi Aryan Tari polşalı Yan Kşiştov Dudadan daha güclü olduğunu sübut edib.Dörd turdan sonra M.Karlsen (9 xal) turnir cədvəlinə başçılıq edir. A.Firuzdja, F.Karuana (hər biri 7 xal), A.Tari (1,5 xal) və Y.K.Duda (1 xal) sonrakı yerlərdə qərarlaşıblar.Altı şahmatçının iştirakı ilə keçirilən turnir oktyabrın 16-dək davam edəcək.Stavangerdəki şahmat turniri 2013-cü ildən keçirilir. Bundan əvvəl keçirilmiş yarışın qalibi Maqnus Karlsen olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…