Tədqiqatlara əsasən siqaretçəkmə insan sağlamlığına çox pis təsir edir: zərərli vərdiş tənəffüs yollarının xroniki xəstəliklərinə səbəb olur, immuniteti zəiflədir, ömür müddətini isə xeyli qısaldır. Ağciyər xərçəngi və ürək damar sistemi xəstəlikləri siqaretçəkmənin doğurduğu ən qorxunc fəsadlar sayılır.Amerika alimləri davamlı araşdırmalardan sonra məyusedici qənaətə gəliblər. Sən demə, ürək-damar xəstəlikləri və xərçəng nikotin asılılığının əmələ gətirdiyi xəstəliklər aysberqinin yalnız gözlə görünən hissəsidir.“Novaya qazeta”ya istinadla xəbər verir ki, amerikalı alimlər yaşı əllidən çox olan bir çox siqaretçəkənin sağlamlıq durumunu müayinə ediblər. Nəticələr onları heyrətləndirib. Tədqiqat göstərib ki, nikotin asılılığının əmələ gətirdiyi xəstəliklərdən əvvəllər rəsmi statistikada göstərildiyindən 20 faiz çox adam dünyasını dəyişir.Alimlərin fikrincə, döş və prostat vəzisi xərçəngi, hipertoniya kimi xəstəliklər, müxtəlif infeksiyalar da siqaretçəkmədən qaynaqlanan fəsadlardır. Alimlər siqaretçəkmə ilə bu xəstəliklər arasında qarşılıqlı əlaqənin olduğunu sübut etmək və nikotin asılılığının insan sağlamlığına necə ziyan vurduğunu hamıya göstərmək istəyirlər.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…