Polşada növbəti prezident seçkiləri 2020-ci ilin mayında keçiriləcək.Azərtac xəbər verir ki, ölkə qanunvericiliyinə əsasən, əgər seçkilərdə namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamazsa, ikinci ümumxalq səsverməsi olacaq.Hazırkı Prezident Andjey Dudanın namizədliyini yenidən irəli sürəcəyi bildirilir. Onun əsas rəqibi hesab edilən Avropa Şurasının prezidenti Donald Tusk namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Namizədlər arasında ötən parlament seçkilərində Yaroslav Kaçinskidən sonra ən populyar sima olan xanım Malqojata Kidava-Blonskaya və Avropa Parlamentinin üzvü, sabiq Xarici İşlər naziri Radoslav Sikorski var. Sikorski yerli telekanallardan birinə müsahibəsində hələ tam qərar vermədiyini bildirib.Hazırda namizədlər seçki platformalarını hazırlayırlar və gələn ildən təşviqat-təbliğat kampaniyasına start veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…