Brüssel polisi paytaxtın mərkəzində yerləşən “City 2” ticarət mərkəzi yaxınlığında üzərində partlayıcı kəmər olduğu ehtimal edilən bir nəfəri saxlayıb. Lakin sonradan onda partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmayıb. Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bir qədər sonra KİV-lər Belçika polisi tərəfindən Skarbek kommunasında partlayıcı kəmər taxmış daha bir nəfərin saxlanıldığı barədə informasiya yayılıb. Bu informasiya da hələ ki, rəsmən təsdiq olunmayıb. Belçikanın Baş naziri Şarl Mişel insidentlə əlaqədar böhran qərargahının iclasını keçirib və vəziyyətin nəzarət altında olduğunu bildirib. Bununla yanaşı, Belçika Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhlükələrin Analizi üzrə Koordinasiya Mərkəzi təcili iclasın nəticəsinə əsasən Brüsseldə terror təhlükəsinin hazırkı 3-cü səviyyəsini dəyişməz saxlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…