“Novruz-2017” beynəlxalq turniri başa çatıb

24 Mart 2017 09:00

Xəbər 809 dəfə oxunub

Qırğızıstanda basketbol üzrə “Novruz-2017” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi finalda “Qırğızıstan-1” komandası ilə qarşılaşıb.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 67:75 hesabı ilə məğlub olaraq “Novruz-2017” beynəlxalq turnirinin gümüş medalı ilə kifayətlənib.xeber100.com