“Novruz-2021” şahmat turnirinin qalibləri müəyyənləşib

20 Mart 2021 20:06

Xəbər 626 dəfə oxunub

“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə “Novruz-2021” onlayn şahmat turniri keçirilib.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Paşam Əlizadə tutub. Allahverdi Həmidov ikinci, İsmayıl Süleymanlı üçüncü yerlərə layiq görülüblər. Qızlar arasında isə Xanım İsmayılova, Aytac Kərimli, Ayan Allahverdi ilk üçlükdə qərarlaşıblar.Müxtəlif yaş kateqoriyalarında Səfa Hümbətov (8 yaş), Suat İbrahimli (10 yaş), Ömər Qədimli (12 yaş), Kamal İsfəndiyarlı (14 yaş), Emin Fətullayev (16 yaş) birinci yerləri tutublar.Turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak ediblər.xeber100.com