“NTD” və “80-lər” basketbol klubları qarşılaşacaq

1 Aprel 2017 07:35

Xəbər 854 dəfə oxunub

Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin oyunlarının vaxtı məlum olub.Azərtac xəbər verir ki, həlledici görüşlər aprelin 1-də başlayacaq.Əvvəlcə bürünc medallar uğrunda mübarizə aparan “Marşallar” və “Dərviş” komandaları qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq. Saat 15:30-da isə final görüşündə “NTD” və “80-lər” basketbol klubları qarşılaşacaq.Oyunlar “The Club Port Baku”nun basketbol arenasında keçiriləcək.Qeyd edək ki, aprelin 2-də isə uşaq-yeniyetmə basketbol liqasının növbəti turunun oyunları təşkil olunacaq.xeber100.com