“Nyukasl” klubu Premyer Liqasına vəsiqə qazanıb

25 Aprel 2017 11:58

Xəbər 841 dəfə oxunub

“Nyukasl” klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Futbol üzrə “İngiltərə Çempionşip”ində mübarizə aparan “Nyukasl” sona iki tur qalmış buna nail olub.Azərtac xəbər verir ki, Rafael Benitezin yetirmələri çempionatın 44-cü turunda “Preston”a 4:1 hesabı ilə qalib gələrək, bir mövsüm fasilədən sonra İngiltərə Premyer Liqasına qayıtmağı bacarıblar.Belə ki, Çempionşipdə 88 xalla ikinci yerdə qərarlaşan “ağ-qara”lar, keçən ilki mövsümdə əsas çempionatı 37 xalla 18-ci yerdə tamamladığına görə aşağı liqaya düşüblər.xeber100.com